Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz
müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki,
orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla
yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir.
>>
Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış
olduğu bitkilərə görə fərqlənir. Balın kristallaşması (xarlanması)
təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir.
Çiçək tozu, Güləm!!!
>>
Təsadüfü deyil ki, çiçək tozunu kosmonavt yeməyi də, cavanlıq
eliksiridə adlandırırlar. Güləm bir çox xəstəliklərin müalicəsində
və profilaktikasında istifadə olunur. Bundan başqa o, orqanizmə
müsbət təsir göstərən biostimulyator olmaqla yanaşı, kişilərdə
cinsi zəiflik zamanı əvəzsiz müalicəvi təsirə malikdir.
Arı südü, Vərəmum!!!
>>
Arı südü geniş biloji təsirə malikdir. O bizə mikroorqanizmlərin
inkişafını ləngidir, maddələr mübadiləsini aktivləşdirir, mərkəzi
sinir sistemini stimullaşdırır, iç qabiliyyətini yüksəldir, yorğunluğu
azaldır, boy atımını sürətləndirir və iştahı yaxşılaşdırır. Arı südü
vegetativ sinir sisteminə müsbət təsir göstərir, qan təzyiqini
normallaşdırır, qanın tərkibini yaxşılaşdırır. İnsan orqanizminə
yüksək təsir göstərən faktorların zənginliyinə görə arı südü qərb ölkələrində "KRAL JELESİ" adı ilə adlandırılır. Yaşlı adamlarda
aterosklerozun müalicəsində, apatiyası olan, pis yuxusu, pis iştaha
və əzginlik nəticəsində boy artımı və çəkidə geri qalan uşaqların
müalicəsində avəzolunmaz vasitədir. Cinsi zəiflik zamanı
istifadəsi əvəzolunmaz təsir göstərir.
Arı kleyi (vərəmum)
>>
Arı kleyi (vərəmum) möcüzəli təsirə malik arıçılıq məhsuludur.
Tərkibi 55%-ə qətran və balzamdan, 10%-ə qədər efir
yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə
sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium,
stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarət
olur. Güclü antimikrob, antimkotik (göbələk əleyhinə),
antivirus, ağrıkəsici və soyuqdəymə əleyhinə təsirə malikdir.
Toxumların regenerasiyasını stimullaşdırır, orqanizmin
immunoloji reaktivliyini yüksəldir. Arı kleyini hətta 3-4 il
saxladıqda belə öz antimikrob aktivliyini itirmir. Arı kleyi
müalicə olunan xəstəliklərin diapozonu çox genişdir. Bütün
dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar,
mədə xorası, onikibarmaq bağarsağın yaraları, soyuqdəymə
xarakterli ginekoloji xəstəliklər, babasil, qripp, nevritlər,
radikulitlər, ağ ciyərin vərəmi (4-10 ay ərzində müalicə edir).
Ağrısızlaşdırıcı (anesteziyaedici) vasitə kimi kleyi kokaindən
3 dəfə, prokaindən 52 dəfə güclüdür. Müalicə praktikasında
arı kleyi spirtdə və suda həll olunmuş şəkildə, duru və qatı maz,
propolis yağı və aplikasyalar şəklində, təbii təmiz şəkildə
istifadə olunur.